Aqşin Haqverdiyev
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Kapital Bank” ASC-də şöbə müdiri vəzifəsində çalışır.
Anar Hüseynov
1981-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin idarə edilməsi (MBA) və Maastricht School of Management (MSM) (ikili diplom) üzrə magistratura təhsili alıb. “NEQSOL” Holdinqdə İctimaiyyətlə Əlaqələr üzrə direktor vəzifəsində çalışır.
Araz Yaqublu
1991-ci ildə anadan olub. Anglia Ruskin Universitetində (Anglia Ruskin University) Marketoloq ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də şöbə rəisi vəzifəsində çalışır.
Aynur Əhmədzadə
1990-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Filologiya ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışır.
Bayazid Məlikov
1991-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Mançester Biznes Məktəbində (Manchester Business School) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) MBA proqramı üzrə davam etdirir.
Bəhram Həsənov
1991-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat təhsili alıb. “Intellic Technologies”də texniki direktor olaraq çalışır. Eyni zamanda, “Hasanoff” MMC-də icraçı direktordur.
Bəhruz Aydınlı
1997-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Limestone Digital-da Senior Front End Proqramçı vəzifəsidə çalışır.
Bənövşə Babayeva
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavriat, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dünya siyasi prosesləri ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şöbə müdirinin müavini vəzifəsində çalışır.
Cavid Əliyarlı
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Zhejiang Universitetində (Zhejiang University) Çinşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Ümumdünya Səhiyyə Təşkilatında Kommunikasiya üzrə mütəxəssis vəzifəsində çalışır. Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.
Cavid Tahirli
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Satış öncəsi xidmət üzrə mühəndis vəzifəsində çalışır.
Ceyhun Qurbanov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “The First Choice” MMC-də direktor və təsisçi vəzifəsində çalışır.
Cəmilə Həsənova
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat, London Kinqs Kollecində (King's College London) Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Moonwake Investment” MMC-də Hüquq işləri üzrə menecer vəzifəsində çalışır.
Çinarə Məmmədova
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı”nın rəqəmsal biznesin inkişaf etdirilməsi şöbəsində baş məhsul sahibi vəzifəsində çalışır.
Çingiz Həsənzadə
1992-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Mərkəzi Bakında iqtisadçı vəzifəsində çalışır.
David Poladov
1999-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə bakalavriat, Qərbi Kaspi Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “KİM GROUP” MMC-də direktor vəzifəsində çalışır.
Edqar Abdullayev
1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix müəllimliyi ixtisası üzrə bakalavriat, Yeditepe Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “United Payment” MMC-də icraçı direktor vəzifəsində çalışır.
Eldar Laçınov
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Esseks Universitetində (University of Essex) Maliyyə və mühasibat uçotu üzrə magistratura təhsili alıb. “Libraff” MMC-də maliyyə direktoru vəzifəsində çalışır.
Eldar Zeynallı
1995-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Milli Elmlər Akademiyasında Müəssisənin iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alır. “NESS CO.” MMC-də Keyfiyyətə nəzarət müdiri vəzifəsində çalışır.
Elxan Həsənov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, Kardiff Universitetində (Cardiff University) Beynəlxalq iqtisadiyyat, Bank işi və Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Avromed Company” QSC-də Təftiş komissiyasının sədri vəzifəsində çalışır.
Elmir Əbilov
1995-ci ildə anadan olub. Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Heriot-Watt Universitetində (Heriot-Watt University) Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Kral Abdullah Elm və Texnologiya Universitetində (King Abdullah University of Science and Technology) Enerji resursları və neft-qaz mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. “eiLink” MMC-də kiçik elmi tədqiqatçı vəzifəsində çalışır.
Elnur Fətullayev
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Avstraliya Milli Universitetində (The Australian National University) Tətbiqi maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Deloitte (Australia) Services Pty. Ltd-də baş menecer olaraq çalışır. Eyni zamanda, Financial Advisors (FİNADCO) Co CJSC-də Maliyyə məsləhətləri üzrə direktor vəzifəsində çalışır.
Elnur Məmmədli
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kompüter elmləri ixtisası üzrə bakalavriat, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Biliklərin idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Sığorta” ASC-də qrup rəhbəri vəzifəsində çalışır.
Elvin Əliyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat, Qiymətləndirmə ixtisası üzrə isə magistratura təhsili alıb. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də İdarə heyətinin sədridir. Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərir.
Emil Yusifov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Maliyyə bazarları ixtisası üzrə isə magistratura təhsili alıb. “Azərbaycan Sənaye Bankı” ASC-də Rəqəmsal Bankçılıq Departametində direktor müavini vəzifəsində çalışır.
Emin Ələsgərov
1991-ci ildə anadan olub. Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda (Korea Advanced Institute of Science & Technology) Kompüter elmləri ixtisası üzrə bakalavriat, Eindhoven Texnologiya Universitetində (Eindhoven University of Technology) Kompüter elmləri və mühəndislik ixtisası üzrə magistratura təhsili alıb. “Unibank KB” ASC-də Data üzrə baş inzibatçı (CDO) vəzifəsində çalışır. ADA Universitetində müəllim kimi fəaliyyət göstərir.
Əli Həsənli
1994-cü ildə anadan olub. Mançester Universitetində (University of Manchester) Mexanika mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Azərfloat” QSC-də Mexanika şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Əli Qurbanlı
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat, Makroiqtisadi siyasət ixtisası üzrə isə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialında Karyera planlaması şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışır.
Əliyar Hüseynov
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dövlət hüququ ixtisası üzrə isə magistratura təhsili alıb. “AzərGold” QSC-də hüquq şöbəsinin müdir müavini vəzifəsində çalışır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil kimi fəaliyyət göstərir.
Fail İbrahimov
1999-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Deloitte & Touche Məhdud Məsuliyyətli Auditor Cəmiyyətində hüquqşünas vəzifəsində çalışır.
Fərid Cəfərov
1992-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Londonun Queen Mary Universitetində (Queen Mary University of London) Biznes maliyyəsi ixtisası üzrə magistratura, Kvantik Biznes və Texnologiya Məktəbində (Quantic School of Business and Technology) MBA proqramı üzrə təhsil alıb. “PMD Group”da Strategiya şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Fərid Hüseynli
1993-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində Sənayenin təşkili və idarə olunması ixtisası üzrə bakalavriat təhsili alıb. “Joint Operating Company of Absheron Petroleum”da SƏTƏMM məsləhətçisi vəzifəsində çalışır. “HYPERGROP”da direktordur.
Gündüz Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft emalı texnologiyası ixtisası üzrə magistratura təhsili alıb. Heydər Əliyev Mərkəzində aparıcı mütəxəssisdir. “Regional İnkişaf” İctimai Birliyində məsləhətçi vəzifəsində çalışır.
Həbib Heydərli
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Vergi Xidmətində Baş Dövlət Vergi müfəttişi vəzifəsində çalışır.
Xanım Daşdəmirova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə
bakalavriat, Beynəlxalq iqtisadi münasibətlər
üzrə magistratura təhsili alıb. Təhsilin İnkişafı
Fondunda İdarə heyəti sədrinin müavini vəzifəsində çalışır. Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
İbrahim Məmmədov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi (türk proqramı) ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Vektor” QSC-də Maliyyə Nəzarəti və Hesabatlıq şöbəsinin müdir müavini vəzifəsində çalışır.
İlahə İbrahimli
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır.
İlkin Zeynallı
1991-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Deloitte &Touche MMAC-də Audit üzrə menecer vəzifəsində çalışır.
İrşad Əsgərxanlı
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Gömrük ekspertizası ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Grand-Agro” MMC-də Daxili audit rəhbəri vəzifəsində çalışır.
İsrəfil Kosayev
1994-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA İnşaat” MMC-də baş auditor vəzifəsində çalışır.
Kamal Əliyev
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Varvik Biznes Məktəbində (Warwick Business School) MBA proqramı üzrə ikinci bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “McCann Worldwide Group”da konsultant vəzifəsində çalışır. Eyni zamanda, “Hirelamp” şirkətinin təsisçisidir.
Kamal Hüseynli
1994-cü ildə anadan olub. İsveçrənin Cenevrə Beynəlxalq Universitetində (International University in Geneva) maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavriat, İspaniyanın Barselona Muxtar Universitetində (Universitat Autònoma de Barcelona) beynəlxalq biznesin idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın York Universitetində (University of York) ətraf mühitin iqtisadiyyatı ixtisasının aspirantura/doktorantura pilləsi üzrə davam etdirir. “ADY Ekspress” MMC-nin direktor müavini vəzifəsində çalışır. Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.
Kamil Muradzadə
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərconnect” MMC-də Strategiya mütəxəssisi vəzifəsində çalışır.
Kənan Bağırov
1991-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Aktiv Qrup” MMC-də satınalma meneceri vəzifəsində çalışır.
Könül Məmmədova
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə birinci, Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) İnsan resurslarının idarə edilməsi və əmək münasibətləri ixtisası üzrə ikinci bakalavriat təhsilini alıb. Bakı Dövlət Universitetində İdarəetmənin sosiologiyası ixtisası üzrə magistratura təhsili alıb. SOCAR Karbamid zavodunda İnsan resursları şöbəsinin rəisi vəzifəsində çalışır.
Qaraxan Şirinli
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, dünya iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Supermarkets MMC-də Risk idaretmə və biznes prosesləri üzrə direktor vəzifəsində çalışır. Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Mədinə Məmmədova
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. “Deloitte” şirkətində Davamlı inkişaf üzrə baş məsləhətçi vəzifəsində çalışır.
Məhəmmədəli Məhəmmədli
1995-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Sahə İqtisadiyyatı ixtisasında doktorantura pilləsi üzrə davam etdirir. “Digital Umbrella”da şöbə rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində baş mütəxəssisdir.
Məmmədəli Kərimli
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın Edinburq Universitetində (The University of Edinburgh) Maliyyə ixtisası üzrə ikinci magistratura təhsili alıb. Təhsilini SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun İqtisadiyyat ixtisasında doktorantura pilləsi üzrə davam etdirir. ”Cənub Qaz Dəhlizi” QSC-də baş kommersiya təhlilçisi vəzifəsində çalışır.
Məsim Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “AZ FP CO ltd” MMC-də Risklərin idarə edilməsi departamentinin rəhbəri vəzifəsində çalışır.
Mircavid Əhməd
1988-ci ildə anadan olub. Sumqayıt Dövlət Universitetində Tarix müəllimliyi ixtisası üzrə bakalavriat, Lənkəran Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura təhsili alıb. Missiya Təhsil Şirkətində direktor vəzifəsində çalışır.
Murad Kərimov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük işinin təşkili ixtisası üzrə bakalavriat, Gömrük işi ixtisası üzrə magistratura təhsili alıb. SOCAR-da böyük metodist vəzifəsində çalışır.
Murad Musayev
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Pasha Malls Group”da əməliyyat meneceri vəzifəsində çalışır. Eyni zamanda, Sabah Mərkəzində müəllim kimi fəaliyyət göstərir.
Nağı Əhmədov
1988-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə bakalavriat, Konfliktologiya ixtisası üzrə magistratura təhsili alıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışır.
Namiq Hümbətov
1991-ci ildə anadan olub. Türkiyənin İstanbul Universitetində Menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Milli Elmlər Akademiyasının İqtisadi nəzəriyyə ixtisasında doktorantura pilləsi üzrə davam etdirir. “Umid Babek Operating Company” şirkətində logistika üzrə koordinator vəzifəsində çalışır.
Nərgiz Tağızadə
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində və Almaniyanın Bayroyt Universitetində (University of Bayreuth) İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. Çinin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (The University of International Business and Economics) MBA proqramı üzrə magistratura təhsili alıb. “Azercell Telecom”da Məhsul idarəedilməsi şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Nicat Nəcəfli
1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Qiymət və qiymətin əmələ gəlməsi ixtisası üzrə birinci bakalavriat, Ukraynanın Milli Neft-Qaz Texniki Universitetində Metrologiya və ölçmə cihazları üzrə mühəndis ixtisası üzrə ikinci bakalavriat təhsilini alıb. Böyük Britaniyanın Kambriya Universitetində (University of Cumbria) MBA proqramı üzrə magistratura təhsili alıb. “OBA Market” MMC-də Təmir-Tikinti və Layihələndirmə Departamentinin müdiri vəzifəsində çalışır.
Nicat Rəşidov
2000-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Layihənin idarəolunması ixtisası üzrə magistratura təhsili alır. Azərbaycan Respublikasının Milli Məclisində deputat köməkçisi vəzifəsində çalışır. Eyni zamanda “Diadem” QSC-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Nizami Yusifli
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Maliyyə bazarları ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi”ndə departament müdiri vəzifəsində çalışır.
Orxan Bağırov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Fransanın ESC Rennes Biznes Məktəbində (ESC Rennes Business School) Beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “İnvestAZ” İnvestisiya QSC-də sədr müavini vəzifəsində çalışır. Eyni zamanda, “GoldenPay” ASC-də Müşahidə Şurasının üzvüdür.
Orxan Əfəndi
1987-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Gömrük işinin təşkili ixtisası üzrə bakalavriat təhsili alıb. “ACE Forwarding” LTD-də Əməliyyatlar üzrə şöbə rəhbəri vəzifəsində çalışır.
Orxan Məmmədov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Esseks Universitetində (University of Essex) Mühasibatlıq və maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində çalışır.
Orxan Yusifov
1986-cı ildə anadan olub. Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura təhsili alıb. İkinci magistratura təhsilini ABŞ-nın Holt Beynəlxalq Biznes Məktəbində (Hult International Business School) MBA proqramı üzrə alıb. “Facility Management Group”da maliyyə direktoru vəzifəsində çalışır.
Pərviz Allahverdiyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və İdarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı”nda Korporativ biznes departamentinin direktor müavini vəzifəsində çalışır.
Ramin Quliyev
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, İstehsal sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Sausempton Universitetində (University of Southampton) Mühasibatlıq və maliyyə ixtisası üzrə ikinci magistratura təhsili alaraq davam etdirib. “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində İnvestisiya və kapital bazarları üzrə menecer vəzifəsində çalışır.
Rəsul Mənsimli
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı”nda Risklərin idarə edilməsi departamentində direktor müavini vəzifəsində çalışır.
Rüfət Abdulla
1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura təhsili alıb. “Kristal Abşeron” QSC-də Kadrlar üzrə şöbə müdiri vəzifəsində çalışır.
Rüfət Mir Feyzullazadə
1997-ci ildə anadan olub. Azərbaycan Turizm və Menecment Universitetində Turizm və otelçilik ixtisası üzrə bakalavriat təhsili alıb. “SOCAR Gas Operating Company”də qaz operatoru vəzifəsində çalışır.
Sadiq Yusifi
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Vergi və vergiqoyma ixtisası üzrə magistratura təhsili alıb. “PashaPay” şirkətində Baş mühasib vəzifəsində çalışır.
Samir Rüstəmli
1987-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası və Kardiff Universitetində (Cardiff University) Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət strukturlarında menecment ixtisası üzrə magistratura təhsili alır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Strateji təhlil və planlaşdırma sektorunun müdiri vəzifəsində çalışır.
Seymur Hüseynov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Səid Cəfərli
1994-cü ildə anadan olub. Bostonun Massaçusets Universitetində (University of Massachusetts, Boston) Menecment ixtisası üzrə bakalavriat təhsili alıb. “Azərconnect” şirkətində Strategiya və biznes transformasiya direktoru vəzifəsində çalışır.
Səkinə Vəliyeva
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat
təhsili alıb və təhsilini Böyük Britaniyanın
Mançester Universitetində (The University
of Manchester) Kompüter elmləri və biznes
idarəetməsi ixtisası üzrə davam etdirib. İsveçrənin Lozan Universitetində MEMOS – İcraçı magistr proqramı (İdman təşkilatlarının
idarə olunması) ixtisası üzrə magistr təhsili
alıb. Milli Olimpiya Komitəsinin Marketinq
üzrə rəhbəri vəzifəsində çalışır. Həmçinin
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Kanalı Komissiyasının üzvüdür. Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Sərxan İsmayılov
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Gömrük ekspertizası ixtisası üzrə bakalavriat, HFWU Nurtingen Geislingen Universitetində Beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi”ndə baş mütəxəssis vəzifəsində çalışır.
Sərxanbəy Xuduyev
1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şöbə müdiri vəzifəsində çalışır
Sübhan Əsgərzadə
1997-ci ildə anadan olub. Azərbaycan
Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini Macarıstanın
Peç Universitetində (University of Pécs) Struktur mühəndisliyi ixtisasının magistratura səviyyəsində davam etdirib. PD&MS
Group şirkətində Planlaşdırma mühəndisi
vəzifəsində çalışır.
Sübhan Həsənli
1994-cü ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. “Sosial Hüquqlar Mərkəzi”nin həmtəsisçisidir. Arbitrum Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində çalışır.
Şahin Mahmudzadə
1992-ci ildə anadan olub. Türkiyənin Ankara Universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsili alıb. Sabancı Universitetində
(Türkiyə) Maliyyə ixtisasının magistratura
səviyyəsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikasının Mərkəzi Bankının
Baş direktoru vəzifəsində çalışır. Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Şahmar Həsənov
1997-ci ildə anadan olub. Tor Vergata Roma Universitetində (University of Rome Tor Vergata) Qlobal idarəetmə ixtisası üzrə bakalavriat təhsili alıb. “Kapital Bank”da mütəxəssis və “Stubie.org”da həmtəsisçi/direktor vəzifəsində çalışır.
Şamxal Cəmilzadə
1991-ci ildə anadan olub. Almaniyanın Klaustal Texniki Universitetində (Technical University of Clausthal) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas üzrə magistratura, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə İnkişaf etməkdə olan ölkələrdə data və iqtisadiyyat ixtisası üzrə ikinci magistratura təhsili alıb. İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi Tibbi yardımın maya dəyərinin
hesablanması xidmətinin Baş məsləhətçisi
vəzifəsində çalışır. Həmçinin ADNSU və UNEC-də müəllim kimi fəaliyyət göstərir. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.
Şəbnəm Şəkiliyeva
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Bank” QSC-də Məhsul sahibi vəzifəsində çalışır.
Tariyel Mirzəyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi, Oksford Universiteti (University of Oxford (SBS)) Strategiya və İnnovasiya ixtisası üzrə və Maastrixt İdarəetmə Məktəbində (Maastricht School of Management) icraçı MBA proqramı üzrə magistratura təhsili alıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi vəzifəsində çalışır.
Toğrul Gülgəzli
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Esseks Universitetində (University of Essex) Maliyyə və mühasibat ixtisası üzrə magistratura təhsili alıb. “McDonald's” Azərbaycan QSC-də Maliyyə direktoru vəzifəsində çalışır.
Toğrul Rəhimbəyli
1992-ci ildə anadan olub. Sausempton Universitetində (University of Southampton) Mühasibat uçotu və maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda baş təhlilçi vəzifəsində çalışır.
Tural Məmmədov
1987-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, St. Mary's University of San Antonio-da MBA proqramı və Schmalkalden Tətbiqi Elmlər Universitetində (Schmalkalden University of Applied Sciences) Beynəlxalq biznes və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Təlim və inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır.
Tural Taqiyev
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Geomorfologiya ixtisası üzrə magistratura təhsili alıb. Bakı şəhəri 252 saylı məktəb-liseydə müəllim vəzifəsində çalışır.
Turqay Babayev
1996-cı ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.
Ülviyyə Kazımzadə
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Azercell Telecom” MMC-də Məhsul üzrə menecer vəzifəsində çalışır.
Üzel Gülmalıyev
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Gömrük işi ixtisası üzrə magistratura təhsili alıb, Naxçıvan Dövlət Universitetində Müəssisənin iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Post rəisi vəzifəsində çalışır.
Vasif Manaflı
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat təhsili alıb. “Azerbaijan Supermarket” MMC-də Strateji layihə meneceri vəzifəsində çalışır.
Vüsal Mahmudov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Veysəloğlu şirkətlər qrupu OBA” MMC-də Keyfiyyətin idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışır.
Vüsal Məmmədov
1984-cü ildə anadan olub. Regionlararası Heyətin İdarəetmə Akademiyasında Psixologiya ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə ikinci bakalavriat təhsili alıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsində çalışır.
Yunis Məmmədli
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. “Neqsol Holdinq” MMC-də Baş Auditor vəzifəsində çalışır.
Ziya Bağırzadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Azad Berlin Universitetində (Freie Universitat Berlin) Biznes Hüququ ixtisası üzrə magistratura təhsili alıb. “AZNUR” MMC-də Hüquq şöbəsinin müdiri, "Gəncə Avtomobil Zavodu” İB-də Hüquq şöbəsinin müdiri vəzifəsində və Azərbaycan Vəkillər Kollegiyasında vəkil kimi çalışır. Azərbaycan Üzgüçülük Federasiyası İB-də İdarə heyətinin üzvüdür.
Ziya Fazil
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, Xəzər Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Qaya Safety Solutions”da Təchizat və logistika üzrə şöbə rəisi vəzifəsində çalışır.