Adil Abdullayev
1986-cı ildə anadan olub. Turizm və sosial mədəni servis xidməti ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavriat , Qərbi Kaspi Universitetində magistratura təhsili alıb. Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik və Milli İqtisadiyyat Akademiyasında “Executive Master in Public Management (EMPM)” ixtisası üzrə ikinci magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsində çalışır.
Altay Rəhimov
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Əlaqələndirmə şöbəsinin rəisi vəzifəsində çalışır.
Amin Məmmədov
1991-ci ildə anadan olub. Hüquqşünaslıq ixtisası üzrə London Kral Kollecində bakalavriat , Kolumbiya Universitetində magistratura təhsili alıb. “SOCAR Capital” MMC-də Hüquq məsələləri üzrə baş müşavir vəzifəsində çalışır.
Anar Bədəlbəyli
1997-ci ildə anadan olub. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Layihənin idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. “BP Exploration (Caspian Sea) Limited” şirkətində proses mühəndisi vəzifəsində çalışır.
Anar Qasımov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat , Marmara Universitetində Bank işi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Strateji və korporativ inkişaf idarəsinin rəisi vəzifəsində çalışır.
Aqil Kərimov
1988-ci ildə anadan olub. İstanbul Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Taras Şevçenko adına Kiyev Universiteti nəzdində Beynəlxalq Münasibətlər İnstitutunda Beynəlxalq hüquq ixtisası üzrə ikinci bakalavriat, Reyn-Val Tətbiqi Elmlər Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə magistratura, Azərbaycan Universitetində Sahə iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. “PAŞA Bank” ASC-də Kreditləşmə şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Araz Mehdiyev
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat , Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azerconnect” MMC-də Hesabatlılıq, planlama və maliyyə nəzarəti üzrə şöbə müdiri vəzifəsində çalışır.
Asəf Həsənquluyev
1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat , Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. “Bp Exploration (Caspian Sea) Ltd” şirkətində təchizat üzrə menecer vəzifəsində çalışır.
Ayaz Həsənquluyev
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışır.
Aydın Əliyev
1994-cü ildə anadan olub. Vaterloo Universitetində Kompüter elmləri ixtisası üzrə bakalavriat , Lids Universitetində Kompüter elmləri – Data analitikası ixtisası üzrə magistratura, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Limestone Digital” və “Software Development Hub” şirkətlərində konsultant vəzifəsində çalışır.
Aydın İsmayılov
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Azerconnect” MMC-də Məlumatların idarə edilməsi və keyfiyyəti bölməsinin rəhbəri vəzifəsində çalışır.
Aytac Musayeva
1993-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. SOCAR-da layihə meneceri vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan İnvestisiya Holdinqində aparıcı mütəxəssisdir.
Azad Aydınlı
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İnsan resurslarının idarə edilməsi departamentinin müdiri vəzifəsində çalışır.
Bilal Məmmədzadə
1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Müəssisənin iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank”da Biznes kreditlərinin təhlili üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.
Cavid Tahirli
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Texniki həllər üzrə aparıcı mühəndis vəzifəsində çalışır.
Cəmilə Mustafazadə
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, İnsan hüquqları ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində hüquqşünas vəzifəsində çalışır.
Ceyhun Məhərrəmli
1995-ci ildə anadan olub. ADA Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Dövlət Gömrük Komitəsində Maliyyə və təminat idarəsinin rəis müavini vəzifəsində çalışır.
Eldar Eyvazov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasının doktorantura pilləsi üzrə təhsilini davam etdirir. “Paşa Sığorta” ASC-də Əməliyyat risklərinin idarəolunması üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.
Eldar Laçınov
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Esseks Universitetində (University of Essex) Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. “Libraff” MMC-də maliyyə direktoru vəzifəsində çalışır. Eyni zamanda “TEAS Press” nəşriyyat evinin maliyyə direktorudur.
Elnur Əliyev
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.
Elvin Əliyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat, Qiymətləndirmə ixtisası üzrə isə magistratura təhsili alıb. Hazırda təhsilini York Universitetində MBA ixtisasının magistratura pilləsi üzrə davam etdirir. “Atəşgah Sığorta” ASC-də baş direktor vəzifəsində çalışır. Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərir.
Elvin Əliyev
1987-ci ildə anadan olub. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Maliyyə və kredit ixtisası üzrə bakalavriat təhsili alıb. “Paşa Bank”da baş müştəri meneceri vəzifəsində çalışır.
Elvin Kərimli
1993-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Berlin iqtisadiyyat və hüquq məktəbində Mühasibatlıq və nəzarət ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR Downstream Management” MMC-də Maliyyə hesabatları üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.
Emin Babayev
1983-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR Upstream Management İnternational” MMC-də icraçı direktor vəzifəsində çalışır.
Emin Cəfərov
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank” ASC-də qrup rəhbəri vəzifəsində çalışır.
Esmira Tağıyeva
1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət hüququ ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Cinayət-prosessual hüquq, Əməliyyat-axtarış fəaliyyəti, kriminalistika ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyində İnsan resursları departamentinin müdiri vəzifəsində çalışır.
Əli Həsənli
1994-cü ildə anadan olub. Mançester Universitetində (University of Manchester) Mexanika mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Balakhani Operating Company”də vitse-prezident vəzifəsində çalışır.
Əmir Əmirli
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Esseks Universitetində Maliyyə və mühasibatlıq ixtisası üzrə və “Northwestern University-Kellogg School of Management MBA” ixtisası üzrə magistratura təhsili alıb. Son olaraq “Ernst and Young”da aparıcı biznes konsultant vəzifəsində çalışıb.
Famil Məcidli
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat təhsili alıb. Dokuz Eylül Universiteti Beynəlxalq biznes ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsində çalışır.
Fatimə Rüstəmova
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. “University of Warwick / Warwick Business School MSc Information Systems Management and Innovation” ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.
Fərid Abdurahmanov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter riyaziyyatı ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə magistratura təhsili alıb. “Mega Sığorta” ASC-də Partnyorlarla iş idarəsinin rəisi vəzifəsində çalışır.
Fərid Əliyev
1990-cı ildə anadan olub. Strasburq Universitetində İqtisadiyyat elmləri və idarəetmə ixtisası üzrə bakalavriat təhsili alıb. Strasburq Universitetində Beynəlxalq layihələrin idarə edilməsi ixtisası üzrə və Rəqəmsal transformasiyalar ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Beynəlxalq Bankında “Agile coach” vəzifəsində çalışır.
Fərid Rəsulov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat təhsili alıb. “İnternational Social Security Association Vice-Chairperson” vəzifəsində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baş mütəxəssis vəzifəsində çalışır.
Fərid Tağıyev
1988-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Heyətin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azersun Holding” İşə qəbul etmə və yerləşdirmə departamentində müdir və təlimçi vəzifəsində çalışır.
Gülnar Atakişiyeva
1995-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. “University of Exeter İnternational Commercial Law”, LLM ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində məsləhətçi vəzifəsində çalışır.
Gülnisə Zeynallı
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə bakalavriat təhsili alıb. Xəzər Universitetində Maliyyə menecmenti üzrə magistratura təhsili alır. “Gulfstream Distribution” MMC-də maliyyə meneceri vəzifəsində çalışır.
Günay Bayramova
1988-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Şefiild Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. Şeffield Universitetində Siyasi elm ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Turizm və Menecment Universitetində müəllim vəzifəsində və Dövlət Turizm Agentliyində sektor müdiri vəzifəsində çalışır.
Həcər Bədəlova
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat təhsili alıb. ADA Universitetində Biznes inzibatçılığı ixtisası üzrə magistratura təhsili alıb. “PriceWaterhouseCoopers Manager”, “Deals advisory” vəzifəsində çalışır.
İbrahim İbrahimov
1994-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Management Company”də İnsan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışır.
İlkin Zeynallı
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “Prokter & Gembl Azərbaycan servisləri” MMC-də Uşaq məhsulları bazarının planlanması və strategiyası üzrə baş menecer vəzifəsində çalışır.
İlqar Ocaqov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank” ASC-də funksional lider vəzifəsində çalışır.
Kənan Səfərov
1996-cı ildə anadan olub. Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə və “Heriot-Watt University Petroleum Engineering” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə magistratura təhsili alıb. TtB Assosiasiyasında Layihə koordinatoru, “Ümid Babək Əməliyyat Şirkəti”ndə Proseslərin idarə edilməsi üzrə kiçik mühəndis və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.
Könül Məmmədova
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə bakalavriat təhsili alıb. Bakı Dövlət Universitetində İdarəetmənin sosiologiyası ixtisası üzrə və “University of Manchester”də İnsan resurslarının idarə edilməsi və əmək münasibətləri ixtisası üzrə magistratura təhsili alıb. SOCAR Karbamid zavodunda İnsan resursları şöbəsinin rəisi vəzifəsində çalışır.
Lalə Xudiyeva
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb. Bakı Dövlət Universitetində Kommersiya hüququ ixtisası üzrə və “University of Liverpool İnternational Business Law” ixtisası üzrə magistratura təhsili alıb. SOCAR-da xüsusi təyinatlı hüquqşünas vəzifəsində çalışır.
Mahir Eyvazov
1987-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Meteorologiya və iqlimşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Rəqəmsal marketinq şöbəsinin müdiri vəzifəsində çalışır.
Qoşqar Daşdıyev
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank”da bölmə rəhbəri vəzifəsində çalışır.
Qüdrət İbrahimov
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat üzrə bakalavriat təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC Strateji və korporativ inkişaf idarəsinin Risklərin idarə olunması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışır.
Məsim Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “Mars Overseas Baku Ltd” MMC və “MİLLA DAİRY” MMC-də Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışır.
Mikayıl Nəbiyev
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində məsləhətçi vəzifəsində çalışır.
Mirtəhmasib Rəhimov
1997-ci ildə anadan olub. Lənkəran Dövlət Universitetində Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə bakalavriat, Coğrafiya fənninin tədrisi ixtisası üzrə magistratura təhsili alıb. V.Rəhimov adına Veri Əliabadı kənd ümumi orta məktəbi Pedaqoji şuranın katibi və müəllim vəzifəsində çalışır.
Murad Rzayev
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, “Maastricht School of Management”də EMBA, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Leading Supply Solutions”da kommersiya direktoru vəzifəsində çalışır.
Namiq Hümbətov
1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura, Dünya iqtisadiyyatı üzrə doktorantura təhsili alıb. “Bank of Baku” ASC-də Yasamal filialının direktoru vəzifəsində çalışır.
Namiq Hümbətov
1991-ci ildə anadan olub. İstanbul Universiteti Menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadi nəzəriyyə ixtisası üzrə doktorantura təhsili alıb.
Nəzakət Bayramova
1997-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. “Kapital Bank” ASC-də İşçi seçimi və yerləşdirilməsi şöbəsinin mütəxəssisi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətində koordinator vəzifəsində çalışır.
Nicat Qoçiyev
1995-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində baş mütəxəssis vəzifəsində çalışır.
Nicat Rəşidov
2000-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Dövlət və ictimai münasibətlər üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universiteti Layihənin idarəolunması ixtisası üzrə magistratura təhsili alıb. “Kristal Bakı” ASC-də Marketinq departament direktoru vəzifəsində çalışır.
Nurlan Qafarov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Beynəlxalq Bankı/Daxili audit departamentində baş auditor vəzifəsində çalışır.
Nurlan Oruclu
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə menecmenti bakalavriat, Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. “Norm” ASC-də aparıcı maliyyə analitiki vəzifəsində çalışır.
Orxan Şamilzadə
1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası üzrə bakalavriat, Çin Xalq Respublikasının Vuhan Universitetində (Wuhan University) struktur mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. NORM ASC-də CAPEX koordinator vəzifəsində çalışır. Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Pərvin Qurbanzadə
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsləhətçi vəzifəsində çalışır.
Ramin Ömərov
1996-cı ildə anadan olub. ADA Universitetində Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Nobel Energy Management” MMC-də Təlim və inkişaf üzrə mütəxəssis vəzifəsində çalışır.
Rasim Cavadov
1981-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Uçan aparatların və onların mühərriklərinin texniki istismarı üzrə bakalavriat təhsili alıb. “Azərbaycan Hava Yolları” QSC-də xidmət rəisi vəzifəsində çalışır.
Rüfət Abdulla
1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavriat, Dövlət və hüquq nəzəriyyəsi və tarixi üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə doktorantura təhsili alıb.
Samir Ağazadə
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. MKT İK MMC-də daxili audit meneceri vəzifəsində çalışır. “AFB Bank” AS-da Audit Komitəsinin üzvüdür.
Səbinə İsgəndərova
1995-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. “Paşa Bank”da baş mütəxəssis vəzifəsində çalışır.
Səbuhi Əbilhəsənli
1993-cü ildə anadan olub. Bakı Mühəndislik Universitetində Maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. “KPMG Audit Azerbaijan” MMC-də baş audit meneceri vəzifəsində çalışır.
Səbuhi Göyüşov
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində biznes inzibatçılığı ixtisası üzrə magistratura təhsili alıb. PAŞA Həyat Sığorta ASC-də Hüquq departamentinin direktoru vəzifəsində çalışır. Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Səmayəxanım Məmmədova
1990-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili) üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Müəssisənin təşkili və idarə edilməsi üzrə aspirantura/doktorantura təhsili alıb. “Heerim Architects & Planners Co” şirkətinin AR-dakı Filialında İnsan resursları üzrə menecer vəzifəsində çalışır.
Süleyman Əliyev
1989-cu ildə anadan olub. Bakı Mühəndislik Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat, Roma Sapientsa Universitetində Statistik metodlar və tətbiqlər üzrə magistratura təhsili alıb. “Smart Veyst” MMC-də direktor vəzifəsində çalışır. Respublika Ekoloji Tərbiyə və Tərcüməçilik Mərkəzinin mütəxəssisidir.
Şəhla Abdulla
1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetində İqtisadi nəzəriyyə üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri üzrə magistratura təhsili alıb. “VEFINIX” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır.
Şəfəq Həsənəlizadə
1989-cu ildə anadan olub. Bakı Mühəndislik Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) mühasibatlıq və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Bakı Baş Gömrük İdarəsində böyük inspektor vəzifəsində çalışır. Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
Şəhriyar Laçınov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində Menecment (sahələr üzrə) üzrə magistratura, Corc Vaşinqton Universitetində Təhsil və insan kapitalının inkişafı üzrə növbəti magistratura təhsili alıb. “Skilly” (startup) şirkətində direktor/təsisçi vəzifəsində çalışır.
Taleh Mirzəyev
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi üzrə bakalavriat, Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası üzrə magistratura təhsili alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində redaktor vəzifəsində çalışır.
Teymur Abdullayev
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi resursların idarə olunması üzrə bakalavriat təhsili alıb. “SOCAR”ın İnformasiya texnologiyaları və rabitə idarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır.
Teymur Əsgərov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavriat və Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. “ABB Bank”da baş məhsul sahibi vəzifəsində çalışır.
Teymur Quliyev
1987-ci ildə anadan olub. Bolqarıstanın Amerikan Universitetində Biznesin idarə edilməsi üzrə bakalavriat, INSEAD Biznes məktəbində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. “SOCAR”da (layihə əsaslı) Xüsusi layihələr üzrə layihə meneceri vəzifəsində çalışır.
Təhmasib Məmmədov
1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi üzrə bakalavriat, həmin universitetin Enerji menecmenti üzrə magistratura təhsilini alıb. “Tam Qrup” MMC-də təsisçi, direktor vəzifəsində çalışır.
Tofiq Ağayev
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat və magistratura təhsili alıb. “Yelo Bank”da Brendin İdarə edilməsi (marketinq) departament direktoru vəzifəsində çalışır.
Tofiq Əfəndiyev
1996-cı ildə anadan olub. ADA Universitetində Biznesin idarə edilməsi üzrə bakalavriat, Tartu Universitetində İnnovasiya texnologiyasında idarəetmə üzrə magistratura təhsili alıb. “Azercell” şirkətində Müştəri Yaşam Dövrünün İdarə Edilməsi bölümünün mütəxəssisi vəzifəsində çalışır.
Tural İsgəndərov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və audit üzrə bakalavriat, həmin universitetin İstehsal sferasında mühasibat uçotu və audit üzrə magistratura təhsilini alıb. “Elmi Baza”da təsisçi vəzifəsində çalışır. Azərbaycan Dövlət Aqrar Universitetində müəllimdir. “Mind Art” şirkətində direktor müavini və müəllim kimi fəaliyyət göstərir.
Turan Namazlı
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavriat, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment (sahələr üzrə) və TODAİE İnstitutunda Dövlət idarəetməsi üzrə magistratura təhsilini alıb. Dövlət Gömrük Komitəsində baş inspektor vəzifəsində çalışır.
Turqay Babayev
1996-cı ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Menecment üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. “Industrial solutions group” şirkətində biznesin inkişafı üzrə mütəxəssis vəzifəsində çalışır.
Ülviyyə Quluzadə
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Gömrük ekspertizası üzrə bakalavriat, Erasmus adına Rotterdam Universitetində İqtisadiyyat və biznes üzrə magistratura təhsili alıb. “Neste (Niderland)” şirkətində Biznesin inkişafı üzrə rəhbər vəzifəsində çalışır.
Ürfan Atakişiyev
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat təhsili alıb. “Baker Tilly Academy Azerbaijan” şirkətində təlimçi/instruktor vəzifəsində çalışır. “SOCAR Polymer” şirkətinin daxili audit meneceridir.
Yusif Ramazanov
1994-cü ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. “ADY Express” MMC-də Kommersiya departamentinin rəisi vəzifəsində çalışır.
Zərifə Əhmədbəyli
1997-ci ildə anadan olub. ADA Universitetində Biznesin idarə edilməsi üzrə bakalavriat təhsili alıb. “Azerbaijan Coca-Cola Bottlers” MMC-də marketinq mütəxəssisi vəzifəsində çalışır.
Zərifə Məmmədli
1998-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA üzrə magistratura təhsili alıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihə meneceri vəzifəsində çalışır.