V MÜSABİQƏNİN FİNALÇILARI İLƏ TANIŞ OLUN
Aliyə Hacıyeva
Aliyə Hacıyeva
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. "Xalq Həyat" Sığorta Şirkəti ASC-də Şöbə müdiri vəzifəsində çalışır.
Anar Əlizamanlı
Anar Əlizamanlı
1995-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Çin Xalq Respublikasının Renmin Universitetində (Renmin University of China) Çin hüququ və Çin Xarici Əlaqələr Universitetində (China Foreign Affairs University) Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “Etik Teknoloji Baku” MMC-də Ölkə üzrə menecer vəzifəsində çalışır. “Turan Legal and Tax Services” şirkətində hüquqşünasdır.
Anar Məlikov
Anar Məlikov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat təhsili alıb. “FINCA Azerbaijan” BOKT-da Daxili nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Aydan Ağazadə-Bayramlı
Aydan Ağazadə-Bayramlı
1996-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistratura təhsili alıb. "Agro Dairy" MMC-nin Baş hüquqşünası vəzifəsində çalışır. "KREDO" Vəkil bürosunda vəkildir.
Aydın İsmayılov
Aydın İsmayılov
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetində (University of Business and International Studies) Beynəlxalq iqtisadiyyat ixtisasları üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Aztelekom” MMC-nin Müştəri dəyərinin idarəolunması sektorunun müdiri vəzifəsində çalışır.
Aygül İsmayılova
Aygül İsmayılova
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Aparıcı mütəxəssisi vəzifəsində çalışır. Xəzər Universitetində avropa tarixi, konfliktologiya, konflikt və sülhyaratma, krizislərin idarəolunması fənləri üzrə müəllimdir.
Aygül Səlimova
Aygül Səlimova
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Ayxan Lütvəlizadə
Ayxan Lütvəlizadə
1997-ci ildə anadan olub. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “SOCAR Downstream Management” MMC-nin İstehsalat üzrə böyük mühəndisi vəzifəsində çalışır.
Azər Əsgərov
Azər Əsgərov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat, Türkiyənin İstanbul Universitetində Texnologiya və sənaye iqtisadiyyatı, MBA ixtisasları üzrə magistratura təhsili alıb. Suraxanı Oyl Əməliyyat Şirkətinin (ARN) direktor müavini vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.
Banu Qədirli
Banu Qədirli
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektronika telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə bakalavriat, Kompüterli informasiya-ölçmə texnologiyaları ixtisası üzrə magistratura alıb. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Moon Group” MMC-nin İcraçı direktoru vəzifəsində çalışır.
Bəhram Həsənov
Bəhram Həsənov
1991-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat təhsili alıb. “Hasanoff” MMC-nin İcraçı direktoru vəzifəsində çalışır. Eyni zamanda, “Intellic Technologies” şirkətinin Texniki direktoru kimi fəaliyyət göstərir.
Bəxtiyar Babayev
Bəxtiyar Babayev
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Təmiz Qaz” QSC-nin Satınalma üzrə mütəxəssisi vəzifəsində çalışır.
Cəmşid İbrahimov
Cəmşid İbrahimov
1988-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Gömrük işinin təşkili ixtisası üzrə bakalavriat təhsili alıb. “Avant Group” MTK-nın Daxili audit departamentinin rəhbəri vəzifəsində çalışır.
Çingiz Səlimzadə
Çingiz Səlimzadə
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini İtaliyanın Siena Universitetində (University of Siena) Mühasibatlıq və idarəetmə ixtisası üzrə magistratura pilləsində davam etdirir. Azərbaycan-Fransız Universitetində Maliyyə və satınalmalar üzrə menecer köməkçisi vəzifəsində çalışır.
Elçin Allahverdili
Elçin Allahverdili
1997-ci ildə anadan olub. Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Halliburton Eurasia” MMC-nin Texniki mütəxəssisi vəzifəsində çalışır.
Elçin Əkbərov
Elçin Əkbərov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Consulting Group” MMC-nin direktoru vəzifəsində çalışır.
Elnur Fətullayev
Elnur Fətullayev
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavriat, Avstraliyanın Avstraliya Milli Universitetində (Australian National University) Tətbiqi maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi”ndə Aktivlərin idarəolunması departamentinin müdiri vəzifəsində çalışır.
Elnur Həsənov
Elnur Həsənov
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat, Fransanın Montpelye İdarəetmə İnstitutunda (IAE Montpellier) Beynəlxalq biznes idarə edilməsi və menecment ixtisasları üzrə bakalavriat təhsili alıb. “Azerconnect Group”da Strategiya meneceri vəzifəsində çalışır.
Elnur Musayev
Elnur Musayev
1996-cı ildə anadan olub. Bakı Mühəndislik Universitetində Sənayenin təşkili və idarəolunması ixtisası üzrə bakalavriat, Polşanın Kozminski Universitetində (Kozminski University) Böyük məlumatların təhlili ixtisası üzrə magistratura təhsili alıb. “Agro Food lnvestments” MMC-nin Strategiya və biznesin inkişafı üzrə komanda rəhbəri vəzifəsində çalışır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində data fənni üzrə müəllim kimi fəaliyyət göstərir.
Eltac Babanlı
Eltac Babanlı
1990-cı ildə anadan olub. Türkiyənin Akdeniz Universitetində Menecment ixtisası üzrə bakalavriat, İtaliyanın Sapienza Universitetində (Sapienza University of Rome) Məlumat elmi ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Həyat Sığorta” ASC-nin Aparıcı data analitiki vəzifəsində çalışır.
Elvin Əliyev
Elvin Əliyev
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat, Qiymətləndirmə ixtisası üzrə magistratura təhsili alıb. İkinci magistratura təhsilini Böyük Britaniyanın CITY Kolleci – York Universitetinin Avropa Kampusunda (CITY College, University of York Europe Campus) Ümumi idarəetmə üzrə İcraçı MBA proqramı üzrə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura pilləsində təhsilini davam etdirir. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri və “Bakı Gəmiqayırma Zavodu” MMC-də Daxili nəzarət departamentinin meneceri vəzifələrində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.
Emin Kazımov
Emin Kazımov
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Caspian Innovation Center”də Biznes əməliyyatlarının tətbiqi və proqramlaşdırılması departamentinin meneceri vəzifəsində çalışır.
Erol Əhmədov
Erol Əhmədov
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda həmin universitetdə Gənclərlə iş ixtisası üzrə magistratura təhsilini davam etdirir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resurslarının idarə edilməsi şöbəsinin kadr məsələləri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.
Eşqin İbrahimov
Eşqin İbrahimov
1994-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Elektron idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank” ASC-nin Rəqəmsal marketinq üzrə eksperti vəzifəsində çalışır.
Etibar Qarayev
Etibar Qarayev
1997-ci ildə anadan olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. "HIMEM Consulting" şirkətinin direktoru vəzifəsində çalışır. Elm və Təhsil Nazirliyi, “Həyat Naminə” Reabilitasiya Mərkəzi, "Vektor Rehab" şirkəti, "Fintech Leasing" və “Agroline” MMC-nin hüquqşünası kimi fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Əjdər Hüseynov
Əjdər Hüseynov
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, Gürcüstanın Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunda (GIPA) Jurnalistika və media idarəçiliyi ixtisası üzrə magistratura təhsili alıb. "GROOVY" MMC-nin direktoru vəzifəsində çalışır. Eyni zamanda, Media və kommunikasiya layihələri üzrə fərdi sahibkardır.
Əli Nəzərli
Əli Nəzərli
2001-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat, İqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Landau Education Group” şirkətinin Strategiya və layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Əliheydər Abbaszadə
Əliheydər Abbaszadə
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Ekologiya ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Ətraf mühitin mühafizə metodları və bərpası və Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında baş məsləhətçi vəzifəsində çalışır.
Əlizamin Mirzəyev
Əlizamin Mirzəyev
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank” ASC-nin filial müdiri vəzifəsində çalışır.
Əşrəf Paşabəyli
Əşrəf Paşabəyli
1995-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Şərqi Angliya Universitetində (University of East Anglia) Biznesin idarəolunması ixtisası üzrə magistratura təhsili alıb. “Azərlotereya” ASC-nin Məhsul üzrə meneceri vəzifəsində çalışır.
Əziz Məmmədli
Əziz Məmmədli
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Lex Fort” MMC-nin direktoru, “Bridge Group of Companies” şirkətinin Hüquq şöbəsinin müdir müavini vəzifələrində çalışır.
Əzizağa Haxverdiyev
Əzizağa Haxverdiyev
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Dövlət strukturlarında menecment ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin direktoru və Azərbaycan Banklar Assosiasiyasının Baş iqtisadçısı vəzifələrində çalışır.
Fatimə Hüseynzadə
Fatimə Hüseynzadə
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Standartlaşdırma və sertifikatlaşdırma ixtisası üzrə magistratura, Metrologiya və metroloji təminat ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “Azəriqaz” İB-də mühəndis vəzifəsində çalışır.
Fərid Əliyev
Fərid Əliyev
1990-cı ildə anadan olub. Fransanın Strasburq Universitetində (University of Strasbourg) İqtisadiyyatın elmləri və idarəetmə ixtisası üzrə bakalavriat, Beynəlxalq layihələrin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxal Bankı” ASC-nin Çevik məsləhətçisi(Agile Coach), baş məhsul sahibi və məhsul rəhbəri vəzifələrində çalışır.
Fərahim Hüseynzadə
Fərahim Hüseynzadə
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, İnzibati, maliyyə və informasiya hüququ ixtisası üzrə aspirantura/doktorantura, Çin Xalq Respublikasının Renmin Universitetində (Renmin University of China) Dövlət hüququ ixtisası üzrə magistratura təhsili alıb. "Azərsilah" Müdafiə Sənayesi Holdinqi QSC-nin müşaviri vəzifəsində çalışır. "Zireh" Müdafiə Sənayesi" MMC-nin Müşahidə Şurasının üzvüdür. Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.
Fərid Həsənsoy
Fərid Həsənsoy
1999-cu ildə anadan olub. Azərbaycan Turizm və Menecment Universitetində Sosial iş ixtisası üzrə bakalavriat, Bakı Biznes Məktəbində Menecment ixtisası üzrə magistratura təhsili alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İnsan resursları üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Fərid Sübhanverdiyev
Fərid Sübhanverdiyev
1987-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarə edilməsi, Avstraliyanın Avstraliya Milli Universitetində (Australian National University) Diplomatiya ixtisasları üzrə magistratura təhsili alıb. "Təmiz Şəhər" ASC-nin Transformasiya proqramlarının icra olunmasının nəzarətçisi vəzifəsində çalışır.
Fərman Fərmanov
Fərman Fərmanov
1993-cü ildə anadan olub. Böyük Britaniyanın Mançester Universitetində (University of Manchester) və Oksford Universitetində (University of Oxford) Kompüter elmləri ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Apron Payments” şirkətinin Aparıcı proqram təminatı mühəndisi vəzifəsində çalışır. Xəzər Universitetində data strukturlar və alqoritmlər fənni üzrə müəllim kimi fəaliyyət göstərir.
Gövhər Ağazadə
Gövhər Ağazadə
1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “bp” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə nümayəndəliyində İnsanlar və korporativ mədəniyyət üzrə məsləhətçi vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində mikroiqtisadiyyat və makroiqtisadiyyat fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Gövhər Əlizadə
Gövhər Əlizadə
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dəniz və enerji hüququ ixtisası üzrə magistratura təhsili alıb. "Azəralüminium" MMC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də Müşahidə Şurasının Korporativ katibi, Azərbaycan İnvestisiya Holdinqində Korporativ hüquq şöbəsinin müdiri vəzifələrində çalışır.
Gülarə Xudiyeva
Gülarə Xudiyeva
1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura təhsili alıb. Elm və Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışır.
Gültac Əhmədzadə-Tapdıqzadə
Gültac Əhmədzadə-Tapdıqzadə
1999-cu ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, İsveçrənin Cenevrə Biznes Məktəbində (Geneva Business School) Neft-qaz menecmenti üzrə Biznesin idarəolunması (MBA) və Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə magistratura təhsili alıb. Hal-hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə aspirantura/doktorantura təhsilini davam etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
Gültac Rəsulova
Gültac Rəsulova
2000-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Layihələrin idarəolunması ixtisası üzrə magistratura təhsili alıb. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunun sektor müdiri vəzifəsində çalışır.
Günay Mənsimli
Günay Mənsimli
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Qiymətləndirmə ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş məhsul sahibi vəzifəsində çalışır.
Gündüz Həsənov
Gündüz Həsənov
1997-ci ildə anadan olub. Türkiyənin Sakarya Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini Türkiyənin Bahçeşehir Universitetində Dövlət idarəçiliyi üzrə aspirantura/doktorantura pilləsində davam etdirir. “Bank Of Baku” ASC-nin IT biznes analitiki vəzifəsində çalışır.
Gündüz Məmmədov
Gündüz Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft emalı texnologiyası ixtisası üzrə magistratura təhsili alıb. Heydər Əliyev Mərkəzində İqtisadiyyat, ekologiya və idman layihələri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Heydər Cəfərli
Heydər Cəfərli
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və magistratura, Almaniyanın Potsdam Universitetində (University of Potsdam) İqtisadiyyat və biznes, Drezden Texniki Universitetində (Dresden University of Technology) isə Layihələrin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. "Azərbaycan Dəmir Yolları" QSC-də Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsində çalışır.
Həbib Heydərli
Həbib Heydərli
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsində Beynəlxalq əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Həsən Əliyev
Həsən Əliyev
1998-ci ildə anadan olub. ADA Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat, Bakı Biznes Universitetində Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun böyük mütəxəssisi vəzifəsində çalışır.
Hüseyn Qəhrəmanlı
Hüseyn Qəhrəmanlı
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında Dövlət Əmlakının Özəlləşdirilməsinin Təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışır.
İbrahim Əlizadə
İbrahim Əlizadə
2000-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə bakalavriat, ADA Universitetində Verilənlərin təhlili, ABŞ-nin Corc Vaşinqton Universitetində (The George Washington University) Kompüter elmləri ixtisasları üzrə magistratura təhsili alıb. “Vispeek Inc” şirkətinin İcraçı direktoru, “GOUP” şirkətinin İcma rəhbəri, “Simbrella” şirkətinin Məhsul sahibi vəzifələrində çalışır.
İlhamə Qasımzadə Yılmaz
İlhamə Qasımzadə Yılmaz
1994-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər və diplomatiya, Macarıstanın Mərkəzi Avropa Universitetində (Central European University) Dövlət siyasəti, Böyük Britaniyanın York Universitetində (University of York) Avropa dövlət siyasəti ixtisasları üzrə magistratura təhsili alıb. Elm və Təhsil Nazirliyində Məktəbəqədər və ümumi təhsil şöbəsinin Planlaşdırma sektorunun müdiri vəzifəsində çalışır.
İlkin Cavadzadə
İlkin Cavadzadə
1992-ci ildə anadan olub. Türkiyənin Orta Doğu Texniki Universitetində Neft və təbii qaz mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Turan Drilling and Engineering” şirkətinin Texniki sənədləşmə üzrə mühəndisi vəzifəsində çalışır.
İsmayıl Əsədsoy
İsmayıl Əsədsoy
1986-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetində Hərbi həkim işi ixtisası üzrə bakalavriat, Nevrologiya ixtisası üzrə magistratura təhsili alıb. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında bölmə rəisi vəzifəsində çalışır.
Kamran Cəbrayılov
Kamran Cəbrayılov
1989-cu ildə anadan olub. Bakı Mühəndislik Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Texniki Universitetində Strateji idarəetmə, Türkiyənin Dokuz Eylül Universitetində Menecment “Executive MBA” ixtisasları üzrə magistratura təhsili alıb. Təhsilini Azərbaycan Milli Elmlər Akademiyasında Ümumi iqtisadiyyat ixtisası üzrə aspirantura/doktorantura pilləsində davam etdirir. “Socar-KBR” MMC-nin Layihənin nəzarəti üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Kənan Məmmədli
Kənan Məmmədli
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Xarici dil və ədəbiyyatı (ərəb dili və ədəbiyyatı), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə bakalavriat, Bakı Dövlət Universitetində Dilşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Dövlət xidmətlərinin dizaynı və inovasiyalar şöbəsinin və 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Baş məsləhətçisi vəzifələrində çalışır.
Kənan Məmmədov
Kənan Məmmədov
1997-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Türkiyənin Sakarya Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. “Azerconnect Group” MMC-nin Satınalma üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Kərim Nəcəfov
Kərim Nəcəfov
1998-ci ildə anadan olub. Naxçıvan Dövlət Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat təhsili alıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində İqtisadi məsələlər şöbəsində Büdcəyə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışır.
Könül Mirislamlı
Könül Mirislamlı
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Ekologiya ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ətraf mühit və neft sənayesi ixtisası üzrə magistratura təhsili alıb. "Socar Downstream Management" MMC-nin Ətraf mühit üzrə aparıcı mühəndisi vəzifəsində çalışır.
Mehdi Mehdizadə
Mehdi Mehdizadə
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Almaniyanın Vürzburq Yulius-Maksimilians Universitetində (Julius-Maximilians-Universität Würzburg) Avropa/Biznes hüququ, Bakı Dövlət Universitetində Avropa hüququ ixtisasları üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Bank sektorunun hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışır.
Məmməd Cəbrayılov
Məmməd Cəbrayılov
1996-cı ildə anadan olub. Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavriat, Almaniyanın Münxen Texniki Universitetində (Technische Universität München) Menecment ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Bank” ASC-nin Məhsul sahibi vəzifəsində çalışır.
Müğatil Cəfərov
Müğatil Cəfərov
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat, Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “Kapital Bank” ASC-nin Risk texnologiyaları sahəsi üzrə məhsul sahibi vəzifəsində çalışır.
Murad Quliyev
Murad Quliyev
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Biznes inzibatçılığı ixtisası üzrə magistratura təhsili alıb. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində Tənzimləmə departamentinin Elektron kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Nicat Əliyev
Nicat Əliyev
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Faydalı qazıntı yataqlarının kəşfiyyatı və geologiyası ixtisası üzrə bakalavriat, Neft-qaz hövzələrinin geologiyası ixtisası üzrə magistratura təhsili alıb. “Socar Upstream Management International” MMC-nin Yataqların işlənməsi və istismarı üzrə böyük mühəndisi vəzifəsində çalışır.
Nigar Əlimərdanlı
Nigar Əlimərdanlı
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Edinburq Universitetində (The University of Edinburgh) Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “OMNİ” QSC-də müşavir vəzifəsində çalışır.
Nihad Məmmədli
Nihad Məmmədli
2000-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Edinburq Universitetində (The University of Edinburgh) İctimai siyasət ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Nurlan Mahmudov
Nurlan Mahmudov
2000-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Macarıstanın Budapeşt Korvinus Universitetində (Corvinus University of Budapest) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Aparıcı iqrisadçı vəzifəsində çalışır.
Nurlan Zeynalov
Nurlan Zeynalov
1990-cı ildə anadan olub. Azərbaycan Texniki Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Beko Azərbaycan” şirkətində Ticari marketinq meneceri vəzifəsində çalışır.
Orxan Səfərli
Orxan Səfərli
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Turizm və sosial mədəni servis xidməti ixtisası üzrə bakalavriat, Azərbaycan Turizm və Menecment Universitetində Turizm və sosial-mədəni servis xidməti ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında İşəqəbul şöbəsinin rəisi vəzifəsində çalışır.
Qulu Hüseynli
Qulu Hüseynli
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda İnzibati hüquq inzibati proses iqtisadi və maliyyə hüququ ixtisası üzrə magistratura təhsili alıb. "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsində Təminat və təhcizat şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışır.
Rahimə Əliyeva
Rahimə Əliyeva
1997-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Naxçıvan Dövlət Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. “QBit Technology” MMC-nin Direktoru/həmtəsisçisi, “Azercell Telecom” MMC-nin IT üzrə layihə meneceri vəzifələrində çalışır.
Rəfi Əsgərli
Rəfi Əsgərli
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Macarıstanın Budapeşt Korvinus Universitetində (Corvinus University of Budapest) Marketinq ixtisası üzrə magistratura təhsili alıb. “MarLab Academy” şirkətinin Rəqəmsal marketinq üzrə təlimçisi, “Online Finance School” şirkətinin Marketinq rəhbəri, “Kapital Bank” ASC-nin Məhsul sahibi vəzifələrində çalışır.
Rüfət Abdulla
Rüfət Abdulla
1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “Qala Həyat Sığorta” Şirkətinin Korporativ katibi vəzifəsində çalışır.
Ruslan Kərimov
Ruslan Kərimov
1986-cı ildə anadan olub. Türkiyənin Ankara Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, İdarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “Soliton” MMC-nin Risklərin idarə edilməsi, Mebel məhsullarının satışı və servisi şöbələrinin müdiri vəzifəsində çalışır.
Sabir Zeynallı
Sabir Zeynallı
2000-ci ildə anadan olub. ADA Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat, İspaniyanın Qlobal Biznes Məktəbində (GBSB Global Business School) Təchizat zənciri və əməliyyatların idarə edilməsi, ADA Universitetində Dövlət idarəetməsi ixtisasları üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyində Analitika şöbəsinin müdiri vəzifəsində çalışır.
Saimə Borci
Saimə Borci
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, Türkiyənin Marmara Universitetində İctimaiyyətlə əlaqələr və reklam, İctimaiyyətlə əlaqələr və tanıtım ixtisasları üzrə magistratura təhsili alıb. “Avrora” MMC-nin Sərinləşdirici içkilər departamentinin şöbə müdiri vəzifəsində çalışır.
Sevda Mansurova
Sevda Mansurova
1999-cu ildə anadan olub. ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycanlı Tələbələr və Məzunlar Platforması İctimai Birliyinin (ASAP) İcraçı direktoru vəzifəsində çalışır.
Səadət Hacıyeva
Səadət Hacıyeva
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində Aqrar sahənin iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Aqrar Təqdiqatlar Mərkəzinin Direktor müavini vəzifəsində çalışır.
Səbinə İsgəndərova
Səbinə İsgəndərova
1995-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. “PAŞA Bank” ASC-də Ekspert vəzifəsində çalışır.
Səbuhi Qurbanlı
Səbuhi Qurbanlı
1997-ci ildə anadan olub. ADA Universitetində Kompüter elmlər ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Analitik vəzifəsində çalışır.
Səbuhi Zöhrabov
Səbuhi Zöhrabov
1988-ci ildə anadan olub. Bakı Dövlət Universiteti İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində İnformasiya texnologiyalarında idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Həyat Sığorta”da İcma rəhbəri vəzifəsində çalışır.
Səməd Mustafayev
Səməd Mustafayev
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, İtaliyanın Roma Tor Vergata Universitetində (University of Rome Tor Vergata) Biznesin idarə edilməsi, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə magistratura təhsili alıb. Azərbaycan Turizm Bürosunda Rəqəmsal inkişaf departamentinin direktoru vəzifəsində çalışır.
Səməd Sahibzadə
Səməd Sahibzadə
1997-ci ildə anadan olub. ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Çin Xalq Respublikasının Zhejiang Normal Universitetində (Zhejiang Normal University) Dövlət idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Maliyyə Nazirliyində Strateji inkişaf və təhlil şöbəsinin müdir müavini vəzifəsində çalışır.
Səriyyə Heydərova
Səriyyə Heydərova
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Kimya, Üzvi kimya ixtisası üzrə bakalavriat, ABŞ-nin Corciya Texnologiya İnstitutunda (Georgia Institute of Technology) Dayanıqlı enerji və ətraf mühit ixtisası üzrə magistratura təhsili alıb. “bp” şirkətində Baş mühəndis vəzifəsində çalışır.
Şahmalı Həsənov
Şahmalı Həsənov
1996-cı ildə anadan olub. Azərbaycan Texniki Universitetində Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisası üzrə bakalavriat, Yüngül sənaye və məişət xidmətinin texnoloji maşın və avadanlıqları ixtisası üzrə magistratura təhsili alıb. “IKMA Servises” MMC-nin Texniki həllər şöbəsinin meneceri vəzifəsində çalışır.
Şamil Ömərov
Şamil Ömərov
1995-ci ildə anadan olub. Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavriat, Macarıstanın Budapeşt Texniki və İqtisadi Universitetində (Budapesti Műszaki és Gazdaságtudományi Egyetem) Kompüter mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. “Yusiflitech” şirkətində Komanda rəhbəri və “Blackbull” şirkətində Baş IT məsləhətçisi vəzifələrində çalışır.
Şirin Şahbazov
Şirin Şahbazov
1993-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetində Əczaçılıq ixtisası üzrə bakalavriat, Əczaçılıq kimyası ixtisası üzrə magistratura, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsili alıb. Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsi Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini vəzifəsində çalışır.
Taleh Mirzəyev
Taleh Mirzəyev
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavriat, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Türkiyənin İstanbul Fatih Sultan Mehmet Vakıf Üniversitetində Təhsilin idarə edilməsi ixtisası üzrə aspirantura/doktorantura pilləsi üzrə davam etdirir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin şöbə müdiri və redaktoru vəzifəsində çalışır.
Teymur Əsgərov
Teymur Əsgərov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Məhsul rəhbəri vəzifəsində çalışır.
Təbriz Rəhimov
Təbriz Rəhimov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Layihə rəhbəri vəzifəsində çalışır.
Toğrul Əkbərov
Toğrul Əkbərov
1996-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, Dəniz neft və qaz quyularının qazılması ixtisası üzrə magistratura təhsili alıb.
Turan Abbasov
Turan Abbasov
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Litvanın Kaunas Texnologiya Universitetində (Kaunas University of Technology) Marketinq üzrə menecer ixtisası üzrə magistratura təhsili alıb. “Sun Food” MMC-nin (Azersun Holdinq) Brend meneceri vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.
Turanə Məmmədova
Turanə Məmmədova
1995-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Mütəxəssis vəzifəsində çalışır.
Ülvi Əsədli
Ülvi Əsədli
1994-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “SOCAR Downstream Management” şirkətində Biznes prosesləri üzrə supervayzeri vəzifəsində çalışır.
Vüsal Məmmədov
Vüsal Məmmədov
1994-cü ildə anadan olub. Böyük Britaniyanın Aberdin Universitetində (University of Aberdeen) Neft mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. “Azerconnect” MMC-nin Məlumat proqramları və məhsulları üzrə rəhbəri vəzifəsində çalışır. Həmçinin Rəqəmsal marketinq, Elektron kommersiya və Feysbuk reklamı üzrə konsultant kimi fəaliyyət göstərir.
Xəqani Hümmətzadə
Xəqani Hümmətzadə
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, ADA Universitetində Dövlət strukturlarında menecment ixtisası üzrə magistratura təhsili alıb. “Araz Supermarket” MMC-nin Hüquq departamentinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Yalçın Hüseynli
Yalçın Hüseynli
1999-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Türkiyənin Dokuz Eylül Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Sosial Müdafiə Fondunda Vətəndaşların qəbulu departamentinin Monitorinq və təhlil şöbəsinin müdiri vəzifəsində çalışır.
Yaqub Əlizadə
Yaqub Əlizadə
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Exeter Universitetində (Exeter University) Maliyyə iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alıb. “Umico MarketPlace” şirkətinin Data analitika üzrə rəhbəri vəzifəsində çalışır.
Zaminəli Rüstəmov
Zaminəli Rüstəmov
2003-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kompüter elmləri ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistratura təhsili alır. “Unibank KB” ASC-nin Aparıcı mütəxəssisi vəzifəsində çalışır.
Zaur Məmmədli
Zaur Məmmədli
1992-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Salford Universitetində Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. Hal-hazırda təhsilini Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə ikinci magistratura pilləsində davam etdirir. "Kapital Bank" ASC-də Hüquq departamentinin direktor müavini vəzifəsində çalışır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir.
Zərifə Məmmədli
Zərifə Məmmədli
1998-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ABŞ-nin Corciya Dövlət Universiteti ilə (Georgia State University) əməkdaşlığı əsasında MBA ixtisası üzrə magistratura təhsili alıb. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyində Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışır.
Zöhrab Dəmir
Zöhrab Dəmir
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistratura təhsili alıb. “Azerbaijan Fish Farm” MMC-nin Maliyyə direktoru vəzifəsində çalışır.
Zülfiyyə Məmmədova
Zülfiyyə Məmmədova
1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Diler vəzifəsində çalışır.