1820

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Anar Qasımov və İsmayıl Hüseynov ilə görüş keçirib.

Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrası istiqamətində gördükləri işlər müzakirə edilib, həmçinin kommersiya təşkilatlarında dəyişikliklərin idarə edilməsi üzrə müasir yanaşmalar, danışıqların aparılması strategiyaları və digər mövzularla bağlı təcrübələr bölüşülüb.


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsiilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.