1820

Azərbaycan Dövlət İqtisad Universitetində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və “Yüksəliş” İşçi Qrupu da iştirak edib.

Rektor, qaliblərlə universitet arasında əlaqələrin genişləndirilməsinin, eləcə də universitet-sənaye işbirliyinin əhəmiyyətindən danışıb. Professor Ədalət Muradov ölkə Prezidenti tərəfindən UNEC-in dünya səviyyəli universitet olması ilə bağlı verdiyi tapşırıqdan və bu tapşırığın icrası istiqamətində “UNEC-100” İnkişaf Strategiyası çərçivəsində görülmüş işlərdən bəhs edib.

 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.