Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “44 günlük Vətən müharibəsində Azərbaycan Qarabağı erməni işğalından azad etməklə tarixi qələbəyə imza atdı. Bu qələbənin əldə edilməsində heç şübhəsiz gənclərin əvəzolunmaz rolunu qeyd etmək lazımdır. İndi qarşımızda duran əsas vəzifə Azərbaycanın bütün sahələrində yeni yüksəkliklərin fəth edilməsidir. Bu baxımdan potensiallı gənclərimizə ehtiyac var. Əminəm ki, Azərbaycanda yüksək idarəçilik bacarığı və intellektual səviyyəsi olan gənclər çoxdur. Məhz o gənclərin aşkar edilməsi üçün ölkəmizdə “Yüksəliş” Müsabiqəsi keçirilir. Özünə güvənən, Azərbaycanın gələcəyinə biganə olmayan və ölkəmizin gələcəyini qurmağa töhvə verən gənclərimizi “Yüksəliş” Müsabiqəsinə qoşulmağa dəvət edirəm. Mənim üçün xüsusilə sevindiricidir ki, bu müsabiqədə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları çox fəaldırlar və qaliblər arasında universitetimizin qalibləri çoxdur. Mən də öz növbəmdə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarını Yüksəliş müsabiqəsinə qoşulmağa, qalib gəlməyə, yüksəliş əldə etməyə səsləyirəm”.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025