1820

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti görüş keçirib.

Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlar barədə müzakirələr aparılıb. Hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna toxunulub.

Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.