1820

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti görüş keçirib.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti görüş keçirib. 

Görüşdə idarəetmənin təkmilləşdirilməsi, transformasiya və müasir texnologiyaların əməliyyatlara inteqrasiyası istiqamətində dəyərli fikir mübadiləsi aparılıb.

Mentor Samir Rzayev peşəkar inkişaf yolunda fəallığı, strateji yanaşma bacarığı və yeniliklərə açıq mövqeyinə görə mentisi Şahlar Məmmədovu yüksək qiymətləndirib. O, bu keyfiyyətlərin gələcəkdə həm karyerasına, həm də ölkəmizin inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.