Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun mentiləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun mentiləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.
AİH-in Baş icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb, eləcə də öz təcrübəsindən yola çıxaraq müvafiq tövsiyələr verib. Görüşdə müsabiqə qaliblərini maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025