Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov gəncləri “Yüksəliş” müsabiqəsinə səsləyib.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov gənclərə “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib: “Bu müsabiqənin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir. Müsabiqədə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. Hamınızı bu müsabiqədə iştiraka dəvət edirəm.” Nazir xüsusi olaraq gəncləri və idmançıları müsabiqədə aktiv olmağa çağırıb.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025