Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva növbəti dəfə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə növbəti dəfə görüş keçirib.
Görüşdə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə beynəlxalq ictimaiyyətin Ermənistan silahlı qüvvələrinin törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı faktlar barədə məlumatlandırılması məqsədilə Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar, habelə mina problemi ilə əlaqədar etdiyi müraciətlərdən danışılıb.
Daha sonra Müvəkkil məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinin araşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlərlə edilən müraciətlər, eyni zamanda, qeyd edilən komissiyasının işində iştirakla bağlı geniş məlumat verib. Qeyd olunub ki, fəaliyyəti dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 774, 2021-ci ildə isə 72 məhkum əfv olunub.
Görüş zamanı S. Əliyeva müsabiqə qalibinin cəlb olunduğu əlilliyi olan şəxslərin hüquqlarına dair layihə ilə maraqlanıb və onun icrası ilə bağlı təklif və tövsiyələrini bildirib.
Yekunda Ombudsman faktaraşdırıcı missiyalar, həmçinin digər müxtəlif hüquq pozuntuları ilə əlaqədar Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatları L. Qafarzadəyə təqdim edib.
Qeyd olunmalıdır ki, mentorluq proqramı çərçivəsində dörd ay ərzində fəaliyyət planına uyğun olaraq təsisatın müvafiq struktur bölmə rəhbərləri ilə bir sıra görüşlər keçirilib. Bundan əlavə, L.Qafarzadə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə başçəkmədə iştirak edib. O, layihə çərçivəsində təşkil olunan başçəkmədə müxtəlif yaş qruplarından olan uşaqlarla söhbət aparıb və onların təhsil hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025