Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadov ilə görüşüb.
İnam Kərimov Elkiyar Ziyadovu təbrik edib və mentoru olaraq 1 illik fərdi inkişaf planı əsasında qaliblə sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, potensialının üzə çıxarılmasına dəstək olacağını bildirib.
Görüşdə nazir müsabiqə qalibini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün tapşırıq verib. Elkiyar Ziyadov isə öz növbəsində yaradılan şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürünü bildirib və mentorluq proqramı çərçivəsində nazir İnam Kərimovun şəxsi təcrübəsindən faydalanmaq istəyini diqqətə çatdırıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025