1820

Azərbaycan Respublikasının Kosmik Agentliyi, Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Azad Qəribov və Şahin Mahmudzadə ilə görüşüb

Azərbaycan Respublikasının Kosmik Agentliyi, Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Azad Qəribov və Şahin Mahmudzadə ilə görüşüb. 

Görüşdə qaliblərə qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri və iqlim hesabatının qiymətləndirilməsi, bu sahədə planlanan layihələr haqqında məlumat verilib. 

Kosmik fəaliyyətin inkişafını artırmaq üçün gələcəkdə yaradılacaq peyk texnologiyası üzrə səylərə hazır olduqlarını bildirən Saməddin Əsədov qaliblərə həyata keçirəcəkləri fəaliyyət istiqamətlərindən bəhs edib. Sonda qaliblərimiz Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindəki (ƏYPİM) infrastrukturla tanış olub, birlikdə xatirə şəkli çəkdiriblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.