Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Toğrul İslamla görüş keçirib.
Görüş zamanı Rövşən Məmmədov "Yüksəliş" müsabiqəsinin ölkədə kadr potensialının gücləndirilməsində oynadığı mühüm roldan danışıb. Mentor Toğrul İslamın fərdi inkişaf planının nəticələri ilə maraqlanıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibi “Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu”nda iştirak edib
03.11.2025
“Yüksəliş” müsabiqəsinin qalibləri İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak ediblər
03.11.2025
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
30.10.2025
