“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Mentorluq Proqramı çərçivəsində dörüncü “Yüksəliş” müsabiqəsinin qalibi Aslan Həsənli ilə növbəti görüş keçirib.
Görüş zamanı dövlət idarəetmə modelləri, qərarvermə proseslərinin təşkili, maraqlı tərəflərin gözləntiləri qarşılığında balanslaşdırılmış və effektiv iş mexanizmlərinin qurulması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Mentorluq Proqramı çərçivəsində Zakir İbrahimov dövlət qurumları, tərəfdaşlar, biznes subyektləri və beynəlxalq partnyorlarla səmərəli əməkdaşlıq təcrübələri barədə məlumat verib, eləcə də real iş praktikasından nümunələr paylaşaraq idarəçilik kompetensiyalarının inkişafı istiqamətində tövsiyələrini çatdırıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025
