1820

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüş keçirib.

Zakir İbrahimov rəhbər şəxslərin daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını davamlı inkişaf etdirməli olduğunu bildirib. Görüş zamanı peşəkar və uğurlu idarəçi üçün lazım olan peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, əmək resurslarının səmərəli istifadəsi və rasionallıq kimi keyfiyyətlərdən bəhs edilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.