“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla görüşüb.
Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər barədə müzakirələr aparılıb, ötən ay icra edilmiş qarşılıqlı fəaliyyət planı təhlil edilib. Həmçinin mentor tərəfindən karyera planlaması, əsas səmərəlilik göstəricilərin təyin edilməsi metodları, işçilərin qiymətləndirilməsi və idarəetmədəki roluna dair suallar cavablandırılıb, şəxsi səmərəlilik və özünü inkişafa dair bir sıra ədəbiyyat siyahısı tövsiyyə edilib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025