Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi artıq ölkə gəncləri və peşəkar kadrlar arasında nüfuzlu müsabiqəyə çevilmişdir. Mən qürur duyuram ki, “Yüksəliş” müsabiqəsinin 27 qalibi içərisində Bakı Ali neft məktəbinin 3 əməkdaşı da yer alır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilib. Mən arzulayardım və eyni zamanda çağırış edərdim ki, Azərbaycanda fəaliyyət göstərən gənc kadrlarımız, peşəkar mütəxəssislərimiz bu müsabiqədə iştirak etsinlər. “Yüksəliş” müsabiqəsi eyni zamanda bir dostluq müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda çalışan kadrların birgə fəaliyyətinin bir sahəsidir və iştirakçılara özlərinin bütün potensialını üzə çıxarmağa imkan yaradır. Dövlət rəhbərliyi, ölkə nazirlikləri, komitələri, şirkət rəhbərləri müsabiqənin qaliblərinə xüsusi diqqət yetirirlər və onların gələcək karyera imkanlarının daha da genişlənməsinə və uğurlu inkişafına təkan verirlər. Bütün gələcək müsabiqə iştirakçılarına müraciətlə, qoy güclülər qalib gəlsin!”
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025