1820

Bakı Dövlət Universitetində keçirilən karyera festivalında qaliblərimiz də iştirak etdi

Bakı Dövlət Universitetində keçirilən karyera festivalında qaliblərimiz də iştirak etdi.

Görüşdə BDU məzunu olan qaliblərimiz - Ləman Qafarzadə, Arzu Tairquliyeva-Nağıyeva və Azad Qəribov iştirak ediblər. 

“Mən tələbə olsaydım” konsepti çərçivəsində təşkil olunan görüşdə qaliblərimiz tələbəlik illəri, keçdikləri təcrübə, qarşılaşdıqları çətinliklər və motivasiyanın yaradılma üsullarından söz açıblar. Onlar tələbələrə uğursuzluqlardan çəkinməməyi, yalnız irəliyə, yüksəlişə doğru getməyi tövsiyə ediblər.

Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.