Birinci “Yüksəliş” müsabiqəsinin qalibi “Fəal vətəndaşlıq- Fəal gənclik” mövzusunda panel görüşdə iştirak edib
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Güldənə Hidayətli “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin təşkilatçılığı ilə baş tutan “Gəncin Səsi” həftəsi çərçivəsində “Fəal vətəndaşlıq- Fəal gənclik” mövzusunda panel görüşdə iştirak edib. O, müsabiqə ilə bağlı təcrübələrini bölüşüb, karyerada uğur qazanmaq istiqamətində gənclərin suallarını cavablandırıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cüil tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025
.jpg)