Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov Mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov mentisi Aynur Məhərrəmli ilə iş dünyasındakı yeni çağırışlardan söhbət açaraq müasir dövrün tələblərinə dəqiq cavab verə bilmək və proseslərin inkişaf tempinə ayaq uydurmaq üçün qazanılacaq bilik və bacarıqlar haqqında müzakirə aparıb. Bundan əlavə mentor Saməddin Abbasov data analitikasında istifadə olunan statistika elminə dair öz biliklərini və mövzu ilə bağlı proqramlaşdırma dilləri haqqında məlumatları mentisi ilə bölüşüb.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025