Birinci“Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadə tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadə proqrama qəbul olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Cəmilə Qurbanova və Nərgiz Quluzadə ilə tanışlıq görüşü keçirib. Mentor Leyla Xəlilova-Rzazadə tələbələrlə birlikdə ölkədə təhsil sisteminin inkişafında əldə edilmiş nailiyyətlər, təhsil sahəsində gender üzrə sistemlərin inkişafı mövzusunda danışıqlar aparıb. Ölkəmizdə təhsil sistemində görülən islahatlar, orta məktəb proqramında təlim keyfiyyətinin yaxşılaşdırılması və təhsil metodikaları ilə bağlı müzakirələr edilib. O, Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.
Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025