1820

bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekun görüşünü keçirib

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Azər Əzimov və Fərid İsayevlə Mentorluq proqramının yekun görüşünü keçirib.

Bəxtiyar Aslanbəyli qaliblərlə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. Vitse-prezident layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və beləliklə onların potensiallarını üzə çıxarmağa köməklik göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Bəxtiyar Aslanbəyliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.