bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Yüksəliş” müsabiqəsinin qalibi ilə yekun görüş keçirib
bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Sübhan Əsgərzadə ilə yekun görüş keçirib.
Mentorluq proqramı çərçivəsində keçirilən son görüşdə il ərzində baş tutan hədəflər müzakirə olunub, gələcək üçün planlar tərtib edilib. Mentor Bəxtiyar Aslanbəyli həm şəxsi, həm peşəkar inkişaf üçün öz fikirlərini və perspektivlərini bölüşüb.
Sübhan Əsgərzadə isə mentorunun rəhbərliyi və dəstəyinin karyerasında önəmli inkişafa yol açdığı bildirərək ona təşəkkürünü bildirib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026

