Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev ilə müsabiqənin Mentorluq proqramı çərçivəsində görüş keçirib.
Xidmət rəisi qalibin xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olduğunu, ötən müddət ərzində ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradıldığını diqqətə çatdırıb.
Camal Nağıyev keçirilmiş fəaliyyətlərin faydalı olmasından məmnunluğunu ifadə edib, qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə etdiyini, bir sıra tədbirlərdə yaxından iştirak etdiyini və Mentorluq proqramının səmərəli keçdiyini vurğulayıb.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edib. Qəbul prosesində Camal Nağıyevin iştirakı da təmin edilib.
Qeyd edək ki, üçüncü müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" qalibi elan olunan iştirakçılar bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026



