“Yüksəliş” müsabiqəsinə regionlardan qatılanların sayı artıb
16.01.2020
“Yüksəliş” müsabiqəsinin elan olunduğu ötən 20 gündə artıq 4800 namizəd qeydiyyatdan keçib. İştirakçıların əksəriyyəti Bakı-Abşeron sakinləri olsa da, ölkəmizin ayrı-ayrı iqtisadi rayonları üzrə də iştirakçı fəallığı müşahidə olunur. İştirakçıların iqtisadi rayonlar üzrə bölgüsü belədir:
- Bakı-Abşeron - 60.03%
- Aran - 10.47%
- Gəncə-Qazax - 7.25%
- Qarabağ və Kəlbəcər-Laçın - 6.26%
- Şəki-Zaqatala - 4.61%
- Lənkəran - 4.37%
- Quba-Xaçmaz - 2.85%
- Dağlıq Şirvan - 2.08%
- Naxçıvan - 2.08%
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az saytında qeydiyyatdan keçə bilərlər.