Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsində açılış nitqi ilə çıxış edib
"Yüksəliş" müsabiqəsində iştirak edən hər bir gənc gələcəyin lideri, ekoloji problemlərin həllinin fəal iştirakçısı olmalıdır"
Azərbaycanda dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsi start götürüb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsində açılış nitqi ilə çıxış edib.
O, “Yüksəliş” müsabiqəsinin iştirakçılarına uğurlar arzulayıb və finala yüksəlmələri münasibətilə təbriklərini çatdırıb.
COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki əhəmiyyətindən danışan nazir gənclərin ölkəmizdə keçirilən qlobal tədbirlərdə rolunu xüsusi qeyd edib, onların təşəbbüslərinin dövlətimiz tərəfindən dəstəklənərək yüksək səviyyədə dəyərləndirildiyini vurğulayıb.
"Azərbaycanda keçiriləcək COP29 dünya miqyasında ətraf mühit problemlərinin həllinə yönəlmiş ən mühüm beynəlxalq tədbirlərdən biridir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar bir araya gələrək, yaşıl dünya naminə həmrəyliyin və birgə fəaliyyətin əhəmiyyətini vurğulayan yeni ideyalar ortaya qoyurlar. Ölkəmizin də bu prosesdə fəal iştirak etməsi və qlobal səviyyədə ətraf mühitə dair öhdəliklərini yerinə yetirməsi bizim üçün çox vacibdir", - deyə M.Babayev çıxışını yekunlaşdırıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025




