Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev növbəti dəfə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirib.
Görüşdə ölkədə liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan şəxslərin dəstəklənməsi baxımından müsabiqənin əhəmiyyəti vurğulanıb.
Mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.
Eyni zamanda, ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə birlikdə həyata keçiriləcək proqramın onun fərdi inkişafına mühüm töhfə verəcəyini ifadə edib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025