Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüş keçirib
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə faydalı görüş keçirib.
Görüşdə mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb, qalibin çalışdığı sahə üzrə hədəfləri öyrənilib və mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025