Elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.
Görüşdə qaliblərin fəaliyyət istiqamətləri, fərdi inkişaf planlarının icrası, həmçinin dövlət idarəçiliyində yeni nəsil idarəçilərin roluna dair müzakirələr aparılıb.
Görüş zamanı qaliblərin həyata keçirdikləri layihələr, iştirak etdikləri təlimlər, əldə etdikləri bilik və bacarıqların tətbiqi üzrə görülən işlər barədə müzakirə aparılıb. Nazir qaliblərlə fikir mübadiləsi apararaq onların idarəetmə, liderlik və innovasiya sahəsindəki suallarını cavablandırıb.
Nazir çıxışında “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı qaliblərin fərdi inkişaf planlarının icrasına dəstək mexanizmləri, müxtəlif dövlət qurumlarında təcrübə proqramları, həmçinin idarəetmədə çevik qərarvermə, strategiya qurma və dəyişikliklərin idarə edilməsi kimi mövzularda təcrübə mübadiləsi aparılıb.
Sonda qaliblər göstərilən diqqət və yaradılan imkanlara görə minnətdarlıqlarını bildirərək əldə etdikləri bilik və bacarıqları fəaliyyətdə tətbiq etməyə davam edəcəklərini vurğulayıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025
.jpg)
