Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovla görüşüb. Himalay Məmişov qaliblərə Fondun fəaliyyəti, son 5 ildə qazanılmış uğurlar, idarəçilik sistemi, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar, xidmətlərin elektronlaşdırılması barədə məlumat verib. Müsabiqənin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov səmimi görüşə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qaliblər Fondun əldə etdiyi uğurlar və görülmüş işlərlə bağlı öz fikirlərini bölüşüblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cüil tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025