Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli ilə görüşüb.
Elnur Səfərli “Yüksəliş” müsabiqəsinin gənclər üçün əhəmiyyətindən bəhs edib. Müsabiqə qalibini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025


