Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Nazir Emin Əmrullayev çıxışında “Yüksəliş” müsabiqəsinin ölkəmizin potensial rəhbər şəxslərin üzə çıxarılması və onların inkişaf etdirilməsi üçün önəmli olduğunu vurğulayıb. O, müsabiqə qaliblərinin ölkəmizə verə biləcəkləri töhfələrin əhəmiyyətini qeyd edərək, təhsil sahəsində onların rolunun daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirib.
Görüş zamanı qaliblər layihə və təşəbbüsləri haqqında məlumat verərək təhsil və idarəetmə sahələrindəki inkişaf planlarını təqdim ediblər. Emin Əmrullayev onların təqdimatlarını dinləyib və suallarını cavablandırıb.
Görüşün davamında nazir Emin Əmrullayev dördüncü müsabiqə qalibləri üçün mentorluq proqramının həyata keçirilməsi ilə bağlı atılacaq addımları qeyd edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025