Gənclər və idman naziri Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə mentorluq proqramı çərçivəsində yekun görüş keçirib
Gənclər və idman naziri Fərid Qayıbov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Səkinə Vəliyeva, Bayram Orucov və Rəsul Həşimov ilə mentorluq proqramı çərçivəsində yekun görüş keçirib.
Görüşdə interaktiv fikir mübadiləsi aparılıb, proqram çərçivəsində əldə edilən nailiyyətlər və qarşıda duran hədəflər barədə danışılıb. Sonda qaliblər mentor Fərid Qayıbova dəyərli tövsiyələrə və göstərdiyi dəstəyə görə təşəkkür ediblər, proqram çərçivəsində qazandıqları bilik və təcrübələrin onların karyera inkişafına böyük təsir göstərəcəyini vurğulayıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025