“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

07.02.2023

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulova ilə görüşüb.

Sədr qalibi təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.

Görüşdə Şahin Seyidzadə müsabiqə qalibini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. Mehriban Rəsulova öz növbəsində səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Şahin Seyidzadənin təcrübəsindən faydalanmaq istədiyini bildirib.  

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html ) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20000 AZN məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo PR-header-photo