“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şamxal Cəmilzadə və Ülviyyə Mehralıyeva ilə görüşüb.
Sədr qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.
Görüşdə Şahin Seyidzadə müsabiqə qaliblərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. Qaliblər isə səmimi qəbula görə təşəkkür edərək Mentorluq proqramı çərçivəsində Şahin Seyidzadənin təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026


