“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Yüksəliş” müsabiqəsi ölkəmizdə idarəetmə bacarıqları olan rəhbər şəxsləri müəyyən etmək, onları peşəkar bacarıqlarına arxalanaraq qarşılarına qoyduqları karyera məqsədlərinə çatmaq imkanı verən platformadır. “Yüksəliş” müsabiqəsi savadlı və məqsədyönlü insanlar üçün mühüm imkandır. Müsabiqə idarəetmə bacarığı olan, yüksək intellekt və strateji düşüncə bacarığına malik, eləcə də hədəfləri doğru müəyyən etməklə mövcud imkanları və potensial riskləri idarə edə biləcək şəxslər üçündür. Əgər özünüz üçün yeni imkanlar və peşəkar cəhətdən inkişaf etmək istəyirsinizsə, sizi müsabiqədə iştirak etməyə dəvət edirəm. İştirak özü artıq bir təcrübədir”.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən 3-cü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025