“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə hər üç müsabiqənin qalibləri iştirak ediblər.
Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qaliblərini yaxından tanımaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə fikir mübadiləsi aparmağın önəmindən bəhs edib. O, görüş boyunca qaliblərin suallarını cavablandırıb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
“Yüksəliş” müsabiqəsi qaliblərinin İçərişəhərə ziyarət proqramı çərçivəsində iştirakçılar görüş sonrası Ənənəvi İncəsənət Mərkəzi, Yeraltı hamam və Şirvanşahlar sarayını ziyarət ediblər.
İdarə Heyətinin sədri tərəfindən həyata keçirilən bu təşəbbüs şəbəkələşmənin inkişafı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəaliyyəti ilə yaxından tanışlıq baxımından qaliblər tərəfindən yüksək qiymətləndirilib. Onlar belə görüşlərin peşəkar əlaqələrin qurulmasında faydalı olduğunu qeyd edib, davamlı olmasında maraqlı olduqlarını vurğulayıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cüil tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
14.04.2026
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026


