İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Arzu Taiquliyeva-Nağıyeva mentisi ilə görüş keçirib
Tələbələrlə mentorluq proqramı çərçivəsində növbəti görüş baş tutub!
İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Arzu Taiquliyeva-Nağıyeva mentisi Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Xədicə Şirinova ilə Dövlət Turizm Agentliyinin inzibati binasında görüş keçirib.
Görüşdə tələbənin karyera perspektivləri və 6 maydan etibarən Dövlət Turizm Agentliyində keçəcəyi istehsalət təcrübəsi ilə bağlı məsələlər müzakirə olunub.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025