İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Camal Nağıyev mentisi ilə görüş keçirib
"Yüksəliş" müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü təşkil edilib!
İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Camal Nağıyev mentisi Elmira Məmmədova ilə görüş keçirib.
Görüşdə Camal Nağıyev iş sahəsi üçün effektiv şəbəkə sayılan "LinkedIn" profilindən düzgün istifadə qaydası barədə danışıb. O, işəqəbul prosesinin formaları və iş müsahibəsində tələb olunan əsas bacarıqlar barədə məlumat verib. Daha sonra birlikdə karyera planlamasında düzgün istiqamət üzrə atılacaq addımları müzakirə ediblər.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.