İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev BDU-nun tələbələri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayevin BDU-nun tələbələri ilə görüşü keçirilib.
Görüşdə "Strateji düşüncə" mövzusu müzakirə edilib. Fərid İsayev strateji düşüncənin gənclərin karyera planlamasında mühüm rol oynadığını bildirib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamları izah edib.
O qeyd edib ki, strateji düşüncə qabiliyyəti olmadan uğurlu biznes qurmaq mümkün deyil. Çünki məhz onun köməkliyi ilə uzunmüddətli hərəkət planı təşkil etmək, kapitalı hara yatırmaqla bağlı qərar vermək, resurslardan necə istifadə etmək və son nəticəni proqnozlaşdırmaq mümkündür.
İnteraktiv formatda keçirilən görüşün sonunda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026



