1820

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova mentiləri Aygül Əliyeva və Günay Tairlinin cari bacarıqlarını qiymətləndirərək onlara fərdi tövsiyələr verib. Mentor tələbələrə təhsil aldıqları sahədə daha uğurlu olmalarına kömək etmək üçün potensiallarını üzə çıxarmağa imkan yaradacaq kitablar hədiyyə edib. 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.