1820

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Ramtiq Alızadə Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlim keçib

“Yüksəliş” müsabiqəsinin Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçuları üçün təşkil etdiyi təlimlər davam edir. 

Təlimlərin keçirilməsində başlıca məqsəd təlimçilərin ixtisaslaşdığı sahələr üzrə öz peşəkar təcrübələrini paylaşması, iştirakçıların karyera inkişafı istiqamətində suallarına aydınlıq gətirməkdir. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ramtiq Alızadə tərəfindən keçirilən təlimin mövzusu “İşgüzar yazışmalar”dır.