İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Xanbaba Sultanlı mentisi ilə görüş keçirib
Tələbələrlə mentorluq proqramı çərçivəsində növbəti görüş baş tutub.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı mentiləri Səma Əliyeva və Sənan Veysəlovla görüş keçirib. Mentor Xanbaba Sultanlı tələbələrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən görülən tədbirlər və iş strukturu barədə, eləcə də, öz fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Görüşdə peşəkar kadr kimi formalaşmaq üçün lazım olan bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb, mövzu ətrafında uğurlu karyera inkişafının yolları müzakirə olunub.
Sonda tələbələr Azərbaycan Hərb Tarixi Muzeyi ilə tanış olaraq, 1-ci və 2-ci Qarabağ müharibəsinə həsr olunan eksponatlar haqqında məlumat toplayıblar.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025