İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verildi
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar. Belə ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib. Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. İlk müsabiqədən fərqli olaraq ikinci müsabiqədə hər bir qalib iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.
Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:
Emin Hüseynov – Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Qaliblər: Emil Məmmədli, Əli Əhmədov
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Qaliblər: Nərgiz Balakişiyeva, Nihad Mənsimzadə
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Qalib: İlyas İsmayıllı
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Qaliblər: Fərrux Məhərrəmli, Nərgiz Balakişiyeva
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Qaliblər: Mustafa Hüseynov, Nərgiz İsmayılova
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Qaliblər: Arzu Tairquliyeva-Nağıyeva, İlyas İsmayıllı
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Qaliblər: Elkiyar Ziyadov, Etibar Hüseynov
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Qaliblər: Şöhrət İsa-zadə, Nihad Mənsimzadə
İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Qalib: Elkiyar Ziyadov
Məleykə Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Qaliblər: Elmir Hüseynov, Mehriban Rəsulova
Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi
Qalib: Camal Nağıyev
Ülvi Mehdiyev – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Qaliblər: Fərrux Məhərrəmli, Nərgiz İsmayılova
Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Qaliblər: Emil Məmmədli, Fərid İsayev
Rövşən Nəcəf – SOCAR-ın prezidenti
Qaliblər: Şöhrət İsa-zadə, Ramil Abulov
Şahin Seyidzadə – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri
Qalib: Mehriban Rəsulova
Orxan Məmmədov – KOBİA-nın İdarə heyətinin sədri
Qalib: Hüseyn Mahmudov
Rəhman Hacıyev – “Qarabağ Dirçəliş Fondu” İdarə heyətinin sədri
Qaliblər: Elşən Həziyev, Vüsalə Bayramova
Bəxtiyar Aslanbəyli – BP-nin vitse-prezidenti
Qaliblər: Azər Əzimov, Fərid İsayev
Anar Bağırov – Vəkillər Kollegiyasının sədri
Qalib: Ramil Abulov
Cəlal Qasımov – “PAŞA Holding”in baş icraçı direktoru
Qaliblər: Mustafa Hüseynov, Elmir Hüseynov
Cavid Quliyev – “PAŞA Bank”ın İdarə heyətinin sədri
Qaliblər: Elşən Həziyev, Xanbaba Sultanlı
Səbinə Əliyeva – Ombudsman
Qalib: Vüsalə Bayramova
Zakir İbrahimov – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Qalib: Əli Əhmədov
Rövşən Allahverdiyev – “Kapital Bank”ın İdarə heyətinin sədri
Qaliblər: Camal Nağıyev, Xanbaba Sultanlı
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru
Qaliblər: Azər Əzimov, Hüseyn Mahmudov
Hafiz Paşayev – ADA Universitetinin rektoru
Qaliblər: Arzu Tairquliyeva-Nağıyeva, Etibar Hüseynov
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam isə ötən ayın 20-də imzalandı.