İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri və finalçıları dünyanın ən böyük strategiya və idarəetmə müsabiqəsi olan “Global Management Challenge” (GMC) yarışında iştirak ediblər
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Vüsalə Bayramova, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçıları Elnur Məmmədli, Murad Musayev və David Poladovdan ibarət “Travellers” komandası 3-5 oktyabr tarixlərində İspaniyanın Santiaqo de Kompostela şəhərində keçirilən “Global Management Challenge” (GMC) yarışının beynəlxalq finalında iştirak ediblər.
Qeyd edək ki, 15-21 sentyabr 2022-ci il tarixlərində ilk dəfə olaraq Azərbaycanda dünyanın ən böyük strategiya və idarəetmə müsabiqəsi olan “Global Management Challenge” (GMC) yarışının onlayn formatda milli seçim turu və finalı keçirilmişdir. “Yüksəliş” müsabiqəsinin qalib və finalçılarından ibarət komanda bu mərhələni qazanaraq müsabiqənin beynəlxalq finalında iştirak haqqı qazanmışdır.
Biznes simulyator platformasında keçirilən GMC ilk dəfə 1979-cu ildə Portuqaliyada iri şirkətlərin rəhbərləri arasında keçirilib. 1984-cü ildə isə yarış ilk dəfə beynəlxalq formatda keçirilmişdir. Müsabiqədə 3-5 nəfərlik komandalar yarışır – şərti şirkətin fəaliyyətini idarə edir, 70-dən çox parametr üzrə müxtəlif qərarlar verir, bu qərarların əsasında simulyator idarə olunan şirkətin səhmlərinin dəyərini müəyyən edir. Səhmləri ən yüksək qiymətə olan şirkət (komanda) qalib gəlir. Yarışda müxtəlif illərdə 40-a yaxın dövlət iştirak edib. Bu il isə yarışda 3 fərqli qrupda 15 komanda iştirak edirdi.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026



