İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.
Seymur Adıgözəlov qaliblərlə ölkəmizdə yaradılmış sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla iş, effektiv idarəetmə, komanda quruculuğu, çevik qərar qəbuletmə mexanizmləri və s. barədə təcrübəsini bölüşüb. Gənclərin ixtisaslaşdıqları istiqamətlər, maraq dairələri ilə bağlı fikirləri dinlənilib.
Görüşdə qaliblərin fərdi inkişaf planında nəzərdə tutulan məsələlərə dair müzakirə aparılıb, onların inkişaf hədəflərinə uyğun tövsiyələr verilib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025
