İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüş keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib.
Görüşdə mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025