İqtisadiyyat nazirinin müavini Anar Axundov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat nazirinin müavini Anar Axundov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.
Görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, karyera hədəfləri barədə fikirləri dinlənilib.
Nazir müavini idarəçilikdə effektivliyin artırılması, qərarların verilməsi, strateji layihələrin icrası, tərəfdaşlarla əlaqələrin qurulması istiqamətində təcrübələrini bölüşüb.
Qaliblərin fərdi inkişaf planları üzrə bacarıqlarının gücləndirilməsi barədə müzakirələr aparılıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
15.04.2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
14.04.2026
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026

