İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.
Dövlət Xidmətinin rəisi qalibləri təbrik edib, müsabiqənin onların bilik və bacarıqlarının təkmilləşməsində, həmçinin gələcək iş həyatında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, müasir əmək bazarında yüksək ixtisaslı kadrlara tələbat artır. Milli iqtisadiyyatın inkişaf tələbləri yeni trendlərə uyğun peşələr üzrə insan kapitalının inkişafını zərurətə çevirib. Bu baxımdan səriştəli və liderlik keyfiyyətləri yüksək olan mütəxəssislərin önə çıxarılması və idarəetmə prosesinə cəlb edilməsi mühüm əhəmiyyətə malikdir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025